Front-end kursunda siz HTML5, CSS3 və JavaScript proqramlaşdırma dilini öyrənəcəksiniz. Brauzerlərdə DOM manipulyasiyalar, eventlər, zamanlama funksiyaları və client-side storage-lər ilə işləməyi öyrənəcəksiniz. Bununla yanaşı Bootstrap kitabxanası və media query-lər ilə responsiv dizaynlar hazırlamağı da öyrənəcəksiniz. JavaScript kitabxanalarından jQuery ilə işlərinizi daha da rahatlaşdıracaqsınız. AJAX vasitəsi ilə REST APİ-lər ilə işləməyi öyrənəcəksiniz. Və sonda isə Firebase və Momentum.js ilə maraqlı real-world proyektlər hazırlayacaqsınız. Proyekt həftəsindən sonra isə server-side proqramlaşdırma və Node.js ilə tanış olacaqsınız.